Uşaq dünyaya gətirən ana öz həyatını itirdi

Uşaq dünyaya gətirən ana öz həyatını itirdi

Ağcabədidə doğuş zamanı ana öldü. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayon Mərkəzi Xəstəxanasına aparılan, 38 yaşlı Səriyyə Quliyeva doğuş zamanı həyatını itirib. 2 uşaq anası olan Səriyyə Quliyeva 3-cü uşağı dünyaya gətirərkən qan təzyiqinin düşməsi nəticəsində, tibbi müdaxiləyə baxmayaraq, dünyasını dəyişib.

Qeysəriyyə yolu ilə əməliyyat olunan qadının həyatını xilas etmək mümkün olmasa da, həkimlər onun uşağını xilas edə biliblər. Rayon Mərkəzi Xəstəxanasından uşağın vəziyyətinin normal olduğu bildirilib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə