Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) şirkətin baş ofisində baş verən intihar hadisəsi ilə bağlı məlumat yayıb. ARDNŞ-dən SİA-ya verilən məlumata görə, sentyabrın 26-da Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mədəni-Kütləvi Tədbirlər, İstirahətin Təşkili və Təsərrüfat Departamentinin təmir-istismar sahəsinin 11-ci dərəcəli ustası, 1969-cu il təvəllüdlü Seyidov Kamran Nazim oğlu təsərrüfat işləri ilə məşğul olmaq məqsədi ilə Şirkətin Baş ofisinə gəlib, namaz qılmaq üçün ibadət otağına daxil olaraq naməlum səbəblərdən intihar edib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB