Əlil maşını qəzaya düşdü

Gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 71-ci km-də, magistralın Xızı rayonunun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Bakıdan Quba istiqamətində hərəkətdə olan 51 yaşlı Xızı rayon sakini Meybulla Bağırovun idarə etdiyi 29 BA 498 dövlət nömrə nişanlı "Tavriya" markalı avtomobil sərt döngədə idarəetməni itirərək aşıb. Nəticədə sürücü və avtomobildə olan 2 sərnişin ağır xəsarətlər alıblar. Qəza nəticəsində xəsarət alan şəxslər, sürücü Meybulla Bağırov, Xızı rayon sakinləri 30 yaşlı Müslüm Əhmədov və 32 yaşlı Seymur İmambaxşıyevdir. Yaralılar Siyəzən Regional Müalicə Diaqnoztika Mərkəzinə çatdırılıb. Onların vəziyyəti ağır olduğundan, ilkin tibbi yardımdan sonra Sumqayıt şəhərində yerləşən tibb müəssisələrindən birinə göndəriliblər. İlkin ehtimala görə, qəza yüksək sürət səbəbindən baş verib.

Qeyd edək ki, "Tavriya"nın sürücüsü Meybulla Bağırov ll qrup Qarabağ əlilidir. Avtomobil ona dövlət tərəfindən verilib. Hazırda fakt araşdırılır.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə