Yanğınların qarşısı alınıb. Bu haqda SİA məlumat verib.
Xəbərdə deyilir ki, Qəbələ rayonu, Bayramkoxalı kəndində (rayon mərkəzindən 34 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 180 kv m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, damına yığılmış 12 ton ot bağlaması və tövlənin içərisinə yığılmış 3 ton taxıl yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Samux rayonu, Qarabağlı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5,5 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Qəbələ rayonu, Mirzəbəyli kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Ağdam rayonunda vətəndaşa məxsus açıq sahəyə yığılmış 5 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Tərtər rayonu, Qapanlı kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan talvarın altına yığılmış 5 ton ot bağlamasının 2 tonu yanıb. Talvar və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB