Məhkum mobil telefondan istifadə edərkən...

Məhkum mobil telefondan istifadə edərkən...

Penitensiar Xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilən əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1991-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 180.2.1; 180.2.4 maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rövşən Fəxrəddin oğlu Əhmədovun üzərinə baxış keçirilərkən şalvarının cibində daxilində "Sim" danışıq kartı olan 1 ədəd "Samsunq" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə