5 gün öncə qəzaya uğrayan sürücünün meyiti tapılıb

5 gün öncə qəzaya uğrayan sürücünün meyiti tapılıb

Quba-Xaçmaz yolunun 23-cü km-də, magistralın Yergüc kəndi ərazisindən keçən hissəsində qəzaya uğrayan avtomobildə həlak olan 45 yaşlı İlqar Səlimovun meyiti tapılıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, yaxınları bildirib ki, İlqar Səlimov sentyabrın 18-i gecə saatlarında itkin düşüb. Bununla bağlı polisə müraciət olunub.

İlkin ehtimala görə, sentyabrın 18-i gecə İlqar Səlimov idarə etdiyi "VAZ 21011" markalı avtomobillə Çuxurkörpü adlanan ərazidə idarəetməni itirərək 20 metr dərinliyi olan körpüdən aşağı düşüb. Aldığı xəsarətlərdən o, elə hadisə yerində həlak olub. Onun cəsədini və avtomobili ərazidən çıxarmaq üçün hadisə yerinə FHN-nin xilasedici briqadası gəlib.

Qeyd edək ki, hazırda hər iki faktla bağlı araşdırma aparılır.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə