Bağdadda terror aktı olub

İraqın paytaxtı Bağdadda terror hadisəsi baş verib. Nəticədə 16 nəfər ölüb.

Partlayış sünni yaşayış məntəqəsində baş verib.

Məlumata görə, Bağdad ətrafında baş vermiş müxtəlif partlayışların qurbanı 100-ə qədər insan olub.

Qeyd edək ki, son günlər ərzində İraqda vəziyyətin ağırlaşmasına səbəb sünni və şiə birliklərinin qarşıdurmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə