Yanğınların qarşısı alınıb. Bu barədə SİA məlumat verib.
Xəbərdə deyilir ki, Masallı rayonu, Qodman kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan taxta konstruksiyalardan ibarət tövlə 50 kv.m sahədə və damına yığılmış 7 ton ot bağlamasının 3 tonu yanıb. Yanğın zamanı tövlədə olan 1 baş iribuynuzlu heyvan tələf olub. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Şabran şəhərində vətəndaşa məxsus həyətyanı sahədə "Azsamand" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Zaqatala rayonu, Göyəm kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 1 mərtəbəli 4 otaqlı evin mətbəxinin tavanı və ev əşyaları 8 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.