Ağdamda dəhşətli yol qəzası baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayonun Quzanlı qəsəbəsində iki minik maşını toqquşub. Deformasiyaya uğramış hər iki maşında sürücü və bir sərnişin ölüb. Bir nəfər isə ağır bədən xəsarətləri alıb. Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Koma vəziyyətində reanimasiya şöbəsində olan yaralının vəziyyəti ağırdır.
Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Xilasedicilər sıxılmış vəziyyətdə qalan meyitləri müvafiq qaydada nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər. Meyitlər tibbi müayinə üçün Bərdə rayonuna göndərilib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB