16 yaşlı qız itkin düşüb

Bərdədə məskunlaşan Kəlbəcərdən olan məcburi köçkün 16 yaşlı Əfsanə Novruzova itkin düşüb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayonun Kələntərli kəndində yaşayan Novruzovlar ailəsi toyda olan zaman evin tək qızı günün ikinci yarısı yoxa çıxıb.

Qeyd edək ki, yeniyetmə qızın yoxa çıxması barədə dərhal rayon Polis Şöbəsinə məlumat verilib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə