DİN Bakıda sərnişin avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) Bakıda sentyabrın 20-də sərnişin avtobusunun qəzaya uğraması ilə bağlı məlumat yayıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, sentyabrın 20-də saat 11:00 radələrində Səbail rayonunda, "Şıx" çimərliyinin yaxınlığında Tərtər rayon sakini Füzuli Haqverdiyev idarə etdiyi 120 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı avtobusu aşırıb və sonradan avtobus hasara çırpılıb. Nəticədə F. Haqverdiyev və sərnişinlərindən 40-45 yaşlı kişi hadisə yerində ölüb, xəsarət almış digər sərnişinlər - Neftçala rayon sakinləri Teyyub Əhmədov, Abbas Vəliyev, Masallı rayon sakini Famil Abbasov, Bakı şəhər sakinləri Alim Əliyev, Nizam Ramazanov və Zefuttin Buşumov isə xəstəxanaya yerləşdiriliblər.
Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB