Mingəçevir Xaldan yolunun 6-cı km Yevlax rayon ərazisində yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Cümşüd Musayevin idarə etdiyi "VAZ 2106" markalı avtomaşın idarəetməni itirərək aşıb. Qəzaya səbəb yolda maşının qarşısına mal-qara çıxması olub. Sürücü heyvanları vurmamaq üçün manevr etmək istəyib, bu an idarəetməni itirib və avtomobil yoldan çıxaraq yol kənarında olan çökək əraziyə düşüb. Hadisə nəticəsində sərnişinlərdən biri 1965-ci il təvəllüdlü Ərkinaz Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı qadın Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, faktla bağlı Yevlax şəhər Polis Şöbəsində araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB