Səbail rayonunda yol nəqliyyat hadisəsi baş verib

Səbail rayonunda yol nəqliyyat hadisəsi baş verib

Bakı şəhəri Səbail rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. SİA-nın xəbərinə görə, rayonun Zərifə Əliyeva küçəsi ilə hərəkət edən "Audi" markalı 90 SF 601 nömrə nişanlı avtomobil idarəetməni itirərək qəza törədib.

"Audi" markalı avtomobilin sürücüsünün sözlərinə görə, o, yolla hərəkət edən zaman gözlənilmədən qarşısına nəqliyyat vasitəsi çıxıb, nəticədə avtomobil idarəetməni itirərək qarşıdakı binaya çırpılıb.

Hadisə yerində olan DYP əməkdaşlarının sözlərinə görə, hadisənin dəqiq səbəbləri aparılacaq avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Mamed Bağırov

Bütün xəbərlər Facebook səhifəmizdə