Gəncədə 1 gündə iki yol qəzası baş verdi

Gəncədə 1 gündə iki yol qəzası baş verdi

Ötən gecə Gəncədə iki yol nəqliyyat hadisəsi qeydə alınıb. SİA-nın Qərb bürosunun xəbərinə görə, birinci qəza şəhərin şərq istiqamətindən girişində, Nizami Gəncəvi məqbərəsinin yaxınılığında baş verib. Şəhər sakini Həsən Həsənov idarə etdiyi "Lexus" markalı avtomobillə dönmə əməliyyatı edərkən Türkiyə vətəndaşı Elcan Özçəkicin idarə etdiyi "Ford" markalı avtomobillə toqquşub. Nəticədə Elcanın yoldaşı Mürşən Özcəkiç xəsarət alıb.

Digər hadisə isə Gülüstan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 28 yaşlı Ramin Əhmədovun idarə etdiyi "VAZ 2107" markalı avtomobil ağaca çırpılıb. Avtomobilin sürücüsü xəsarət almasa da, sərnişini 29 yaşlı Telman Mansurov ağır yaralanıb.

Qeyd edək ki, yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar, vəziyyətləri orta-ağırdır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə