3 “Kamaz” toqquşdu: 1 nəfər ölüb

3 “Kamaz” toqquşdu: 1 nəfər ölüb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda "Kamaz" markalı yük avtomobili sürücünün idarəetməsindən çıxaraq yolun kənarında dayanmış 2 "Kamaz" markalı yük avtomobilinə çırpılıb. Nəticədə, hər üç nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Kamaz" markalı yük avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib.

Xilasedicilər deformasiyaya uğramış yük avtomobilindən kimliyi bəlli olmayan kişi cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə