Toydan qayıdan iki ailə qəzaya uğradı

Toydan qayıdan iki ailə qəzaya uğradı

Tərtərdə ağır yol qəzası baş verib. Bərdədə yaxın qohumlarının toyunda olan Tərtər rayon sakinlərinin şad günləri yasa çevirilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, toydan qayıdan Cəfərovlar və Mehdiyevlər ailəsi yol qəzasına düşüblər. Tərtərin Sarıcalı kəndi ərazisində baş verən yol nəqliyyat hadisəsində minik maşını ilə yük maşının toqquşması 1 nəfərin ölməsi, 3 nəfərin isə yaralanmasına səbəb olub.

Sükan arxasında ölən Hikmət Cəfərovun cəsədi maşından çətinliklə çıxarılıb. Qəzada hər iki ailədən Billurə Mehdiyeva, Nazlı Mehdiyeva və Fərhad Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə və Tərtər rayon Mərkəzi Xəstəxanalarına yerləşdiriliblər.

Qeyd edək ki, faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə