Bakınını Binəqədi rayonunda vətəndaşa məxsus birmərtəbəli kommunal tipli yaşayış binasında ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, yanğından yaxınlıqdakı mənzillər mühafizə olunub. Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ağstafa rayonunun Qarahəsənli kəndində isə (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 2 tonu yanıb. Yanğından ot bağlamasının qalan hissəsi mühafizə olunub. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər hadisə Şirvan şəhərində baş verib. Beləki (58 YMB-dən 1 km aralı) vətəndaşa məxsus "QAZ-24" markalı, 18-BA-158 dövlət qeydiyyat nişanlı minik avtomobilinin salonu yanıb. Yanğından avtomobilin qalan hissəsi mühafizə olunub. Yanğın saat 00:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB