Gəncədə gənclərin mübahisəsi qanla bitib. SİA-nın bölgə müxbirinin Gəncə şəhər Baş Polis İdarəsinə istinadən verdiyi məlumata görə, 17 yaşlı şəhər sakini öz dostunu şəxsi münasibətlər zəminində bıçaqlayıb. Belə ki, 16 yaşlı Cavidin sözünü həzm edə bilməyən Qurban Musayev, ona bıçaq xəsarətləri yetirib. Nəticədə yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Cinayəti törədən şəxs isə polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, hazırda Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB