25 yaşlı gənci elektrik cərəyanı vurub

25 yaşlı gənci elektrik cərəyanı vurub

Ağdamda Ucar sakinini elektrik cərəyanı vurub. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayonun Əhmədağalı kəndində baş verən hadisədə 25 yaşlı Nurlan Nuruyevi cərəyan vurub, nəticədə o, dünyasını dəyişib.

Yaxınlarının sözlərinə görə, yeni ailə quran gənc işləmək üçün Ucardan Ağdama gəlmişdi. Kəndə yeni tikilən məktəb həyətində yaşıllıq sahəsini suvaran gənc ehtiyatsızlıq edərək əlini cərəyan vurub.

İş başında ölən gəncin cəsədi tibbi ekspertizadan keçirildikdən sonra ailəsinə təhvil verilib.

Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə