Rusiyada axtarılan şəxs Gəncədə tutuldu

Rusiyada axtarılan şəxs Gəncədə tutuldu

Rusiyada axtarışda olan şəxs Gəncə şəhərində həbs olunub. SİA-nın bölgə müxbirinin xəbərinə görə, qonşu ölkədə cinayət törədərək Gəncə şəhərində gizlənən 1992-ci il təvəllüdlü Sənan Tağıyev, keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Qeyd edək ki, hazırda saxlanılan şəxsin Rusiyaya göndərilməsi istiqamətində işlərə başlanılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə