Ötən gecə Xaçmaz şəhərində yerləşən "Elmin" şadlıq sarayının sahibi, iş adamı 60 yaşlı Adil Quliyev bıçaqlanıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə şadlıq sarayı ilə üzbəüz kafedə baş verib. Baş nahiyəsindən iki bıçaq zərbəsi alan Adil Quliyev dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta-ağırdır.
Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi, habelə baş vermə səbəbi araşdırılır.
Qeyd edək ki, Xaçmaz rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB