Həmkəndlisini güllələdi

Bərdədə güllələnmə hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Vəliuşaqlı kəndində yaşanıb. Kənd sakini, 36 yaşlı Seymur Cəlilov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi, 39 yaşlı Elman Qurbanovu güllələyib.

Ov tüfəngindən acılan atəş nəticədə iki güllə yarası alan Elman Qurbanov xəstəxanaya aparılsada aldığı xəsarətdən yoldaca dünyasını dəyişib.

Hadisəni törədən Seymur Cəlilov özü könüllü olaraq polisə təslim olub.

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə