Binəqədi və Abşeron rayonlarında ev yanıb

Binəqədi və Abşeron rayonlarında ev yanıb

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları, ev əşyaları 4 kv.m və dəhlizinin tavanı 3 kv.m sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər bir yanğın hadisəsi isə Abşeron rayonu, Xırdalan şəhərində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 4 otaqlı kürsülü evin yanar konstruksiyaları və ev əşyaları 103 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə