Gecə saatlarında "Mercedes" "VAZ" la toqquşub
Cəlilabadda iki maşın toqquşdu

Cəlilabadda iki maşın toqquşub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, şəhərdə vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin digər vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Nəticədə "Mercedes" markalı avtomobilinin sürücüsü muxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılıb və təcili yardım xidmətinə təhvil verilib.

"VAZ" markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən çıxarılaraq rayon mərkəzi xəstəxanasına aparılıb. Əməliyyat saat 00:43-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə