"MERCEDES" "VAZ" markalı minik avtomobili ilə toqquşub, nəticədə 2 nəfər yaralanıb. Bu barədə SİA məlumat verib.
Deyilir ki, Cəlilabad şəhərində vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin digər vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
Nəticədə "MERCEDES" markalı avtomobilinin sürücüsü muxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılıb və təcili yardım xidmətinə təhvil verilib.
"VAZ" markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən çıxarılaraq rayon mərkəzi xəstəxanasına aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB