Yanğınların qarşısı alınıb. Bu barədə SİA məlumat verib.
Xəbərdə deyilir ki, Füzuli rayonu, Kərimbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlənin damının yanar konstruksiyaları və damına yığılmış 14 ton ot bağlamasının 4 tonu yanıb. Tövlə və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Göygöl rayonu, Yeni Qızılca kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
Tərtər rayonu, Mamırlı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 9 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB