Müxtəlif növ oğurluqlar

Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, ötən gün Bakı şəhər sakini Balaqardaş Xalıqova məxsus Şüvəlan qəsəbəsində yerləşən bağ evindən pəncərəni sındırmaq yolu ilə oğurluğa cəhd olunub. Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğa cəhddə şübhəli bilinən Lerik rayon sakini Cavid Məmmədzadə tutulub. Müəyyən olunub ki, o, sentyabrın 6-da Bakı şəhər sakini İlham Səfərova məxsus Şüvəlan qəsəbəsində yerləşən bağ evinin ərazisindən Skuteri oğurlamağa cəhd edib.

Həmçinin sentyabrın 3-də Binəqədi şosesində yerləşən mağazada işləyən Bakı şəhər sakini Hüseyn Soltanova məxsus mobil telefonu rəfin üzərindən oğurlanıb. Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini Tural Nuriyev istintaqa cəlb olunub.

Bununla yanaşı avqustun 27-nə keçən geçə, B.Nuriyev küçəsində yaşayan Vüsalə Bayramova və Vəfa Əhmədova məxsus velosipedlər oğurlanıb. Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağcabədi rayon sakini Elgiz Vəliyev tutulub.

Eyni zamanda avqustun 27-də 100 saylı xətt avtobusunda Bakı şəhər sakini Bənövşə Nüsrətovanın əl çantasından içərisində 960 manat və maaş kartı olan pul kisəsi oğurlanıb. BPİ CAİ, Xəzər rayon Polis İdarəsinin Cinayət Axtarışlar Şöbəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Elvin Seyfullayev, Natəvan, Mətanət və Məleykə Şamilovalar həbs olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə