Ötən gecə Tərtər rayonun Mamırlı kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Bərdə-Ağdam magistral yolunun 19-cu kilometrliyində baş verib. Bərdə rayon istiqamətində hərəkət edən "VAZ 21011" markalı avtomobilin sürücüsü Ağdam rayon istiqamətində hərəkət edən "Mercedes Benz" markalı avtomobilin sürücüsünü çaşdıraraq qəza törədib.
Hadisə nəticəsində "Mersedes Benz" markalı avtomobildə olan iki sərnişin yerindəcə dünyasını dəyişib. Sürücü isə yüngül bədər xəsarəti alıb və ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb. "VAZ 21011" markalı maşının sürücüsü isə xəsarət alaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB