Yağışlı havada iki maşın toqquşdu

Yağışlı havada iki maşın toqquşdu

Axşam saatlarında Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, qəza Xaçmaz-Quba yolunun 8-ci km-də, rayonun Ağyazı-Buduq kəndi ərazisində qeydə alınıb. Qubadan Xaçmaz istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomaşın əks istiqamətdə hərəkətdə olan "VAZ 21012" markalı nəqliyyat vasitəsilə toqquşub. Qəza nəticəsində "VAZ 21012" markalı nəqliyyat vasitəsinin sürücüsü 33 yaşlı Elnur İsmixanov müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta ağırdır.

Qeyd edək ki, faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə