Gəlin özünü və qaynanasını bıçaqladı

Gəlin özünü və qaynanasını bıçaqladı

Daşkəsən rayonunda bıçaqlanma hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin rayon Polis Şöbəsinə istinadən əldə etdiyi məlumata görə, Yuxarı Daşkəsən kənd sakini 1990-cı il təvəllüdlü Elnarə Əsgərova şəxsi münasibətlər zəminində qaynanası 1957-ci il təvəllüdlü Validə Qədirovanı bıçaqlayıb. Gəlin daha sonra özünə də bıçaq zərbəsi endirib. Hər iki şəxs yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsindən sonra gəlin və qaynananın həyatını xilas etmək mümkün olub.

Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə