Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində ağır yol qəza hadisəsi baş verib. SİA-nın bölgə müxbirinə verilən məlumata görə, "VAZ 2106" markalı avtomobillə "Mercedes" markalı maşın toqquşub. Hadisə nəticəsində "VAZ 2106"-nın sürücüsü 40 yaşlı Qəhrəman Hüseynov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Onun sərnişinləri – Asif Quliyev və Xəzər Ziyadov, eləcə də "Mercedes"in sürücüsü 23 yaşlı Elvin Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, yaralıların vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB