Yanğınların qarşısı alınıb. Bu barədə SİA məlumat verib.
Xəbərdə deyilir ki, Şəki rayonu, Çapağan kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 3 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan mətbəxin yanar konstruksiyaları və dam örtüyü 6 kv.m sahədə yanıb. Hamam yanğından mühafizə olunub.
Gədəbəy rayonu, Yenikənd kəndində vətəndaşa məxsus evin həyətyanı sahəsinə yığılmış 6 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Ağsu rayonu, Rəhimağalı kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Yanğın zamanı ev sahibinin gəlini əl və üz nahiyyəsindən müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər çatana kimi yaxınları tərəfindən Ağsu mərkəzi rayon xəstəxanasına aparılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB