Baldızına təcavüz etdi və...

Arvadı ata evinə gedəndən sonra bacısının uşaqlarına baxmaq üçün gələn 15 yaşlı qız təcavüzə uğrayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinayət Türkiyənin Samsun vilayətində törədilib. Belə ki, 15 yaşlı E.K. 35 yaşlı bacısı Katibe Turqunun iki azyaşlı uşağına baxmaq üçün onun evinə gedib. Katibe Turqu işə getdikdən sonra onun yoldaşı 41 yaşlı Hüsaməddin Turqu sərxoş vəziyyətdə evə gəlib. Yeznə həyat yoldaşının evdə olmadığını biləndə baldızını döyüb və ona təcavüz edib. Bundan sonra isə o, baldızına hadisə barədə kiməsə məlumat verərsə onu öldürəcəyini deyib.

Azyaşlı qız hamilə olduğunu biləndə isə polisə müraciət edib. Samsun məhkəməsinin qərarı ilə Hüsaməddin Turqu 20 il 5 ay müddətinə azadlıqdan məhrum olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə