Yanğın hadisələrinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Goranboy rayonu, Qırıqlı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 14 ton ot tayasının 4 tonu yanıb. Ot tayasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.

Qobustan rayonu, Bədəlli kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 24 kv.m sahədə və çardağına yığılmış 3,5 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlanasının, tövlənin qalan hissəsi, çardağa yığılmış 2 ton taxıl və bitişik ev yanğından mühafizə olunub.

Xaçmaz rayonu, Bostançı kəndində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 2,5 tonun, 0,5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Şirvan şəhərində ASC-yə məxsus ümumi sahəsi 2250 kv.m olan 2 mərtəbəli (hər mərtəbəsi 1125 kv.m olan) binanın arxiv otağında 6 kv.m sahədə rəf və arxiv sənədləri yanıb. Yanğın zamanı binanın 2-ci mərtəbəsində məskunlaşmış ailənin iki üzvü yanğınsöndürənlər tərəfindən təxliyə olunublar. Bina yanğından mühafizə olunub.

Siyəzən rayonunda (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus "SHAQMAN" markalı minik avtomobilinin sol arxa təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Qaradağ rayonunda vətəndaşa məxsus "Moskvic" markalı minik avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Astara rayonunda (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı digər taya yanğından mühafizə olunub.

Naftalan rayonu, Qasımbəyli kəndində (rayon mərkəzindən 10 km aralı) bələdiyyəyə məxsus ərazidə 5 ha sahədə biçilmiş yonca sahəsi yanıb. Yaxınliqdakı əkin sahələri yanğından mühafizə olunub.

Ağstafa rayonu, Tatlı kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan talvar altında olan taxta sexinin talvarının yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə