Alyaska ştatında 6,1 bal gücündə zəlzələ baş verib. Sia-nın verdiyi xəbərə görə, bu barədə Amerikanın Geoloji Xidmət İdarəsi məlumat verib. Yeraltı təkanların episentrinin Atka yaşayış məntəqəsindən 100 km aralıda yerləşdiyi bildirilir. Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi barədə xəbərdarlıq olunmayıb.
Qeyd edək ki, avqustun 30-da həmin ərazidə baş vermiş 7 ballıq zəlzələnin nəticələri barədə ABŞ-ın müvafiq təşkilatı tərəfindən heç bir açıqlama verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB