Qazaxıstanda yol qəzasında 19 nəfər həlak olub

Qazaxıstanda yol qəzasında 19 nəfər həlak olub

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, avqustun 31-də Qazaxıstanda iki böyük yol-nəqliyyat qəzası baş vermişdir.

Astana-Çimkənd marşrutu ilə hərəkət edən və içərisində 52 sərnişin olan "Setra" avtobusu Cambul vilayətinin ərazisində "Xovo" yük maşını ilə toqquşmuşdur. Nəticədə 10 nəfər, o cümlədən bir uşaq həlak olmuşdur. Qəzada 34 adam müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Yaralılar vilayət xəstəxanasına yerləşdirilmişlər. Onlardan 7-nin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumatda deyilir ki, həmin gün Almatı vilayətində, Almatı-Ust Kamenaqorsk magistral yolunun 390 kilometrliyində "Audi" və Mitsubisi" minik maşınları toqquşmuşdur. Qəza nəticəsində hər iki avtomobil yanmış, doqquz nəfər həlak olmuşdur.

Hər iki yol-nəqliyyat qəzası ilə əlaqədar cinayət işi açılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə