Yanğınların qarşısı alınıb. Bu barədə SİA məlumat verib.
Xəbərdə deyilir ki, Balakən rayonu, Gərəkli kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 3 ton ot bağlaması yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Göygöl rayonu, Quşçu kəndində vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan talvarın yanar konstruksiyaları 50 kv.m sahədə və altına yığılmış 10 ton ot bağlamasının 3 tonu, VAZ markalı, minik avtomobillin salon hissəsi yanıb. Talvarın,ot bağlamasının və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Abşeron rayonu, Novxanı bağlarında vətəndaşa məxsus bağ ərazisində 0,2 ha sahədə quru ot və 12 ədəd meyvə ağacları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Bakı şəhəri, Qaradağ rayonunda ticarət mərkəzinin ərazisində ümumi sahəsi 60 kv.m olan anbarın icərisində kağız tullantıları 10 kv.m sahədə yanıb. Anbar yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB