Yanğın hadisələrinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə SİA məlumat veirb.

Xəbərdə deyilir ki, Bərdə rayonu, Mustafaağalı kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 9 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Şirvan şəhərində vətəndaşa məxsus hər mərtəbəsi 330 kv.m olan ikimərtəbəli 12 otaqlı evin 2-ci mərtəbəsində 6 otağın yanar konstruksiyaları 330 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları, yaxınlıqdakı digər vətəndaşa məxsus hər mərtəbəsi 216 kv.m olan 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 3 otağın, mətbəxin və aynabədinin yanar konstruksiyaları 216 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb. Hər iki evin 1-ci mərtəbələri və bitişik evlər yanğından mühafizə olunub.

Saatlı rayonu, Mollavazlı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Gəncə şəhəri, Kəpəz rayonunda "Azərenerji" ASC-yə məxsus transformatorun çıxış elektrik kabeli 2 p.m yanıb. Transformator yanğından mühafizə olunub.

Kürdəmir rayonu, Sığırlı kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının və aynabəndinin yanar konstruksiyaları 126 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Saatlı şəhəhrində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan üçotaqlı evin 1 otağının tavanı 2 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Qobustan rayonu, Qurbançı kəndində (rayon mərkəzindən 18 km aralı) bələdiyyəyə məxsus ərazidə 40 ha sahədə biçilmiş taxıl sahəsi və kol-kos yanıb.Yanğından yaxınlıqdakı arıçılıq ferması mühafizə olunub.

Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Ucar rayonu, Alpoud kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 50 kv.m sahədə və çardağına yığılmış 5 ton ot bağlamasından 2 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Qobustan şəhərində vətəndaşa məxsus 9,6 ton ot bağlamasında 6 tonu yanıb. Otun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə