Yanğın hadisəsinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.
Xəbərdə deyilir ki, Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Gədəbəy rayonu, Qoşabulaq kəndində (rayon mərkəzindən 34 km aralı, torpaq yolu) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə və çardağına yığılmış 3 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Saatlı rayonu, Soltanabad kəndində (rayon mərkəzindən 40 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmlş 8 ton ot tayasının 1 tonu yanıb. Ot tayasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.
Saatlı rayonu, Nərimanov kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 137 kv.m olan 1 mərtəbəli 5 otaqlı evin mətbəxinin tavanı 16 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Beyləqan rayonu, Qəhrəmanlı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus fermanın ərazisində 700 ton ot bağlaması yanıb. Yaxınlıqdakı fermalar yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB