Yük maşını ilə minik avtomobili toqquşaraq yanıblar. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən SİA-ya daxil olan məlumata görə, Abşeron rayonu, Saray qəsəbəsində, vətəndaşa məxsus "ZİL" markalı yük avtomobili və digər sürücüyə məxsus "Mercesdes" markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.
Yanğın nəticəsində hər iki avtomobilin yanar hissələri yanıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 00:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB