Körpüdən asılı vəziyyətdə qalmış "QAZ-24" təhlükəsiz yerə çəkilib. Bu barədə SİA məlumat verib.
Xəbərdə deyilir ki, Göygöl rayonunda vətəndaşa məxsus "QAZ-24" markalı minik avtomobili yoldan çıxaraq körpüdən asılı vəziyyətdə qalıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasediciləri hadisə yerinə cəlb olunub.
Nəticədə, avtomobildə köməksiz vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən xilas olunaraq avtomobildən çıxarılıb və avtomobil təhlükəsiz yerə çəkilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB