“Boinq 757” məcburi eniş etdi

“Boinq 757” məcburi eniş etdi

Salonda baş verən tüstülənmə ilə əlaqədar olaraq Almaniyanın "Kondor" aviaşirkətinə məxsus "Boinq 757" sərnişin təyyarəsi Xorvatiyanın Dubrovnik hava limanında yerə enməyə məcbur olub. Bu barədə SİA İnterfaks agentliyinə istinadən xəbər verir. Aeroportun direktor müavini Franyo Luetic təyyarədəki 204 sərnişindən heç birinin xəsarət almadığı barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə