Rusiyanın Çita şəhərində tikinti şirkətlərinin birində işləyən 19 nəfər Çin vətəndaşı qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu barədə Sia İnterfaks agentliyinə istinadən xəbər verir. Şirkətdən verilən məlumata görə, işçilərin zəhərlənməsinə axşam yeməyi hazırlayan aşpazın səhvən xörək duzu əvəzinə selitradan (azot gübrələrinə aiddir) istifadə etməsi səbəb olub. Zabaykalye Federal dairəsinin daxili işlər idarəsi tərəfindən cinayət işi qaldırılıb, istintaq aparılır. Zəhərlənənlərdən bir neçəsinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsində ciddi nəzarət altında saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB