Yanğın hadisələrinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Cəlilabad rayonu, Ocaqlı kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 4 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Biləsuvar rayonu, Əsgərabad kəndində (rayon mərkəzində 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 135 kv.m olan 1 mərtəbəli 3 otağlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə