Ata qatili yaxalandı

Beyləqanda oğul atasını güllələyib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqustun 24-də Beyləqan rayonunun Aşıqallar kəndi ərazisində kənd sakini Əfqan Qurbanov ailə münaqişəsi zəminində tüfəngdən atəş açaraq atası Vidadini qətlə yetirib.

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulan Ə. Qurbanovdan müvafiq sənədləri olmayan 1 ədəd "BUM" markalı ov tüfəngi götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə