“Xəzər-Lənkəran”-“Neftçi” oyunundan sonra xuliqanlıq edən bir qrup şəxs saxlanılıb
Avqustun 25-də saat 20-22 radələrində Lənkəran şəhər Mərkəzi Stadionunda "Xəzər-Lənkəran" və "Neftçi" futbol komandaları arasında keçirilən matçı izləyən azarkeşlərdən bir qrupu oyunun rəsmi hissəsi başa çatdıqdan sonra ictimai-asyiş qaydalarını kobud surətdə pozublar. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, daş və müxtəlif digər əşyalardan silah qismində istifadə edərək futbol meydançasına, azarkeşlərə və ictimai asayişi qorumağa cəlb edilmiş Azərbaycan Respublikasının DİN-nin "N" saylı hərbi hissəsinin hərbi qulluqçularına ataraq vətəndaşlar üzərində zor tətbiq etməklə eyni zamanda stadionun xidməti binasının pəncərələrini, giriş qapılarını, azarkeşlər üçün nəzərdə tutulmuş oturacaqları sındırıb və yandıraraq əmlakı zədələməklə külli miqdarda ziyan vurublar. 35-40 dəqiqə ərzində stadionda və stadiondan çıxaraq küçədə hərəkəti məhdudlaşdırmaqla qərəzli xuliqanlıq hərəkətləri etmiş, nəticədə ictimai qaydanın qorunması üzrə vəzifələrini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan DİN-nin "N" saylı h/h-nin hərbi qulluqçuları Lənkəran ŞRPŞ-nin əməkdaşları müxtəlif xəsarətlər alıblar.
İctimai qaydanı pozduqlarına görə 7 nəfər saxlanılıb saxlanılıb.
Həmin şəxslərdən 4 nəfərinin "orta dərəcəli" alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyənləşib. Gətirilmiş şəxslər polis şöbəsində saxlanılır.
Faktla bağlı araşdırılma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB