Yəməndə avtobus partladılıb

Dünən Yəməndə ölkənin Hərbi Hava Qüvvələrində xidmət edən hərbiçiləri daşıyan avtobus partladılıb. SİA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 12 nəfər həlak olub. Avtobusda olan hərbiçilərin dəqiq sayı barədə məlumat verilmir. İlkin məlumata görə, terror hadisəsi hərbiçilər Sənada yerləşən bazaya qayıdarkən törədilib.

Bütün xəbərlər Facebook səhifəmizdə