Çinin cənubunda yerləşən Quansi-Çjuan muxtar vilayətində baş vermiş "Trami" qasırğası 125,7 min insanın xəsarət almasına səbəb olub. SİA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, fəlakət zonasından 2,9 min nəfər təcili olaraq evakuasiya edilib.
Qasırğa nəticəsində 6,17 min hektar kənd təsərrüfatına yararlı torpaq sahələri su altında qalıb, 492 bina zədələnib. Vilayətə dəymiş ziyanın 4,13 milyon dollar təşkil etdiyi bildirilir.
Qeyd edək ki, "Trami" (Vyetnamda ekzotik bitki adıdır) qasırğası ilin əvvəlindən bu ərazidə baş verən sayca 12-ci qasırğadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB