Ötən gün Suraxanı rayonu Babək prospektindəki qəbiristanlıqda Bakı şəhər sakini Rövşən Mehdiyev qısqanclıq zəminində ov tüfəngindən atəş açaraq arvadı Cəmilə Mehdiyevanı qətlə yetirib. SİA-nın xəbərinə görə, Daxili İşlər Nazirliyi məsələ ilə bağlı məlumat yayıb. Məlumata əsasən, R.Mehdiyev könüllü olaraq Suraxanı RPİ-yə gələrək təslim olub və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan, nömrəsi silinmiş ov tüfəngini təhvil verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB