Livanda terror aktları səngimir

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Livan nümayəndəliyinin rəhbəri Jorj Kettan Tripolidə baş verən partlayışlar nəticəsində 29 nəfərin öldüyü, 500-ə yaxın insanın yaralandığı barədə məlumat verib. Şəhər meri Nader Qazzal isə ölənlərin sayının 50-ə çatdığını, təxminən 350 nəfərin hələ də xəstəxanada saxlanıldığını bildirib.

Tripolidə baş verən ilk terror hadisəsi şəhərin "Əl-Təkva" məscidinin yaxınlığındakı Zəhrin meydanında, digəri isə ölkənin baş naziri vəzifələrini icra edən Nəcib Mikatinin yaşadığı evdən bir qədər aralıda baş verib. "Əl-Ərəbiyyə" telekanalı hadisələrdə yerli sünni icmasının lideri şeyx Səlim Rəfilin də yaralandığı, şəhərin küçələrində atışmaların davam etdirildiyi barədə xəbər yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə